IQNA

10:02 - September 17, 2018
Xəbər sayı: 3483879
AŞURA yürüşünün izdihamlı keçirilməsinə dözə bilməyən “islamofob”lar “İranian plaza” adlanan yerdə əzadarların qarşısını kəsərək əzadarları təhqir etmiş və qırmızı geyinərək rəqs ediblər.

Kanadada radikallar əzadarlara hücum etdilər – VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, AŞURA mərasimi hər il Kanadanın Torento şəhərində izdihamlı şəkildə keçirilir.

“İslami Sənədli Film Mərkəzi”nin (FOTROSmedia) telegram kanalının paylaşdığı məlumata görə, Kanadan Torento şəhərinin 6.4 milyonluq cəmiyyətinin 100 min nəfərə yaxığını şiələrdir. 2015-ci ildən bu şəhərdə yaşayan şiələr AŞURA günü əzadarlı dəstəsi ilə izdihamlı yürüş keçiriəcək İmam Hüseynin (ə) AŞURA və KƏRBƏLA qiyamının fəlsəfisini və mesajlarını dünyaya çatdırırlar.

AŞURA yürüşünün hədəfinin azadlıq, dostluq və sülh mesajını dünyaya çatdırmaq olması və bu yürüşü təşkil edənlərin heç bir siyasi partiya və qruma bağlı olmaması bais olub ki, Kanadanın rəsmi məqamları yürüşün keçirilməsinə mane olmasınlar.

Bu mərasimin heç bir siyasi təşkilat, qrum və partiyaya aid olmamsı müxtəlif millətlərdən və təbəqələrdən olan insanların mərasimə cəzb olunmasına səbəb olub. Buna görə də hər il bu yürüş Mel Lastman meydanından başlayıb, "Yonge street" xiyabanı boyunca davam edərək keçirilir.

Keçən ilin Mərərrəmlik ayında AŞURA yürüşünün izdihamlı keçirilməsinə dözə bilməyən “islamofob”lar və müsəlmanlara nifrət edən radikallar “İranian plaza” adlanan yerdə əzadarların qarşısını kəsərək əzadarları təhqir etmiş, söyüş söymüş, qırmızı geyinərək rəqs etmişdilər. Amma əzadarlar onlarla yumuşaq danışmış, məqsədlərini başa salmağa çalışmış və yollarına davam etmişdilər. Nəticədə heç bir insident yaranmamış və bu müqəddəs mərasimin keçirilməsinə əngəl ola bilməmişdirlər.       

http://iqna.ir/fa/news/3747504

Teqlər: iqna ، kananda ، torento ، aşura
Ad:
E-poçt:
* Comment:
* captcha: