IQNA

14:47 - September 28, 2018
Xəbər sayı: 3483967
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətgahı idarəsinin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin "Quran tədqiqatları mərkəzi" ilk dəfə Quran elmi konfransı keçirəcək.

Kərbəlada ilk dəfə Quran elmi konfransı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətgahı idarəsinin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin "Quran tədqiqatları mərkəzi" ilk dəfə Quran elmi konfransı keçirəcək.

"Quran və İtrət arasında epistemik korrelyasiya və ehtiyac" adı ilə keçirilən bu konfransın keçirilməsi komitəsinin rəisi Seyid Mürtəza Cəmaluddin dedi: Bu konfrans cari ilin Noyabr ayının 23-də, həftənin Cümə günü Kərbəla şəhərində "Lən Yəftəriqa" şüarı ilə keçiriləcəkdir.

O əlavə edib ki, bu konfransın keçirilməsinin əsas hədəfi Qurani-Kərim ilə Əhli-Beyt (ə) arasında olan ayrılmazlığı ayə və hədislər əsasında bəyan etməkdir.

Konfransın digər hədəfləri sağlam əqidənin formalaşmasında Quran ayələrindən faydalanmaq, müasir intellektual problemlərlə mübarizə, Qurani-Kərim və Əhli-Beyt (ə) maarifi əsasında mədəniyyət prinsiplərinin gücləndirilməsi və möhkəmləndirilməsidir.

Konfransda Quran əsasında əqidəvi araşdırmalar, Quran əsasında fiqhi və hüquqi araşdırmalara, Quran elmləri və təfsir, əxlaq və təlim tədqiqatları, Quran əsasənda siyasi və qanuni tədqiqatlar, Qurani-Kərimin dilçilik və ədəbiyyat baxımından araşdırılması və digər mövzular müzakirə ediləcəkdir.    

http://iqna.ir/fa/news/3750816

 

Ad:
E-poçt:
* Comment:
* captcha: