IQNA

9:09 - September 30, 2018
Xəbər sayı: 3483976
Yaponiyanın paytaxtı Tokyo şəhərində ilk dəfə "İslami Manqa" (İslami animasiya) toplantısı keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yaponiyanın paytaxtı Tokyo şəhərində ilk dəfə "İslami Manqa" (İslami animasiya) toplantısı keçiriləcək.

Bu toplantı cari ilin Noyabr ayının 10-da İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Mərkəzinin həmkarlığı ilə yerli vaxtla saat 14:00-dan 18:00-dək İran İslam Respublikasının Tokyodakı səfirliyinin "Firdovsi" salonunda keçiriləcəkdir.

Toplantıda ilk dəfə olaraq İslami animasiya sahəsinə maraqlı olanlar və bu sahədə fəaliyyət göstərənlər bir yerə toplaşacaq və təcrübələrinin bölüşəcəklər.

İslami animasiyanın dizaynerlərinin çıxışı, dəyirmi masa, seminar, İslami animasiya yarışları qaliblərinin elan edilməsi və seçilmiş İslami animasiya əsərlərinin təqdimatı bu toplantının digər proqramlarıdır.

Bu toplantıda iştirak etməyən istəyənlər toplantının saytında (http://www.mangaxmuslim.world), ya telegram (@bunka) və e-mail (pr.tokyo@icro.ir) vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.      

http://iqna.ir/fa/news/3751056

برگزاری نخستین همایش «مانگای اسلامی» در ژاپن

 

     

 

 

Teqlər: iqna ، manqa ، animasiya ، anitmation
Ad:
E-poçt:
* Comment:
* captcha: