İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Herseqovinanın "İslam Dünyası Birliyi"nin təşəbbüsü ilə keçirilən 13-cü Qurani-Kərimin hifzi yarışları başa çatdı.
Bosniya və Herseqovinanın "İslam Dünyası Birliyi"nin nəzdində mədəni və dini maarifləndirmə fəaliyyətləri göstərən "Kitab və Sünnət" heyətinin təşəbbüsü ilə keçirilən 13-cü Qurani-Kərimin hifzi yarışlarından 44 nəfər oğlan və qız iştirak edib.
"İslam Dünyası Birliyi"nin nəzdində mədəni və dini maarifləndirmə fəaliyyətləri göstərən "Kitab və Sünnət" heyətinin baş katibi Dr. Abdullah Bosfor deyib: Bu Qurani-Kərim yarışları bir neçə ixtisas üzrə Bosniya və Herseqovinanın "İslam Dünyası Birliyi"nin həmkarlığı ilə keçirildi. Yarışlarda iştirak edənlər bu yarışların davamlı şəkildə keçiridiyi üçün şad olduqlarını dedilər. Və həmçinin Bosniya və Herseqovinanın "İslam Dünyası Birliyi"nin Qurani-Kərimə göstərdiyi xidmətlərə görə təşəkkürlərini bildirdilər.