IQNA

7:07 - October 01, 2018
Xəbər sayı: 3483984
İraqın Neynəva əyalətində yaşayan bir qrup məsihi (xristian) cavanları "Tövhid" məscidinin yenidənqurma və təmir-bərpa işlərini könüllü şəkildə öz öhdələrinə götürüblər.

Xristianlar İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 30 Sentyabr 2018-ci il, İraqın Neynəva əyalətində yaşayan bir qrup məsihi (xristian) cavanları "Tövhid" məscidinin yenidənqurma və təmir-bərpa işlərini könüllü şəkildə öz öhdələrinə götürüblər.

Bundan öncə isə İraqın şərqindəki Miysan şəhərində müsəlman cavanlar könüllü olaraq İŞİD terrorçuları tərəfindən dağıdılmış tarixi "Ümmül-Əhzan" kilsəsinin yenidənqurulması və təmir-bərpa işlərini görmüşdülər.

Qeyd edək ki, son illərdə Amerika başda olmaqla qərb ölkələrinin yaratdığı İŞİD terrorist qruplaşması İraqda çox sayda tarixi və qədim mədəniyyət abidələri və ibadət ocaqlarını dağıdıb yerlə yeksan etdilər, bəzi abidə və məscidlərə də ciddi zərərlər vurdular. İraq xalqı son günlərdə "İraq iraqlılar üçün" şüarı ilə yaşadıqları şəhərlərdə tarixi binaların və məscidlərin təmir-bərpa işlərinə başlayıblar.

http://iqna.ir/fa/news/3751608  

Teqlər: iqna ، məscid ، kilsə ، iraq
Ad:
E-poçt:
* Comment:
* captcha: