IQNA

Naxçıvanda "İslami kino həftəsi" keçirildi

5:57 - October 02, 2018
Xəbər sayı: 3483991
İslami kino həftəsi bir həftə müddətində, Sentyabr ayının 24-dən 30-dək, "Naxçıvan; İslam dünyası ölkələrinin mədəniyyət paytaxtı-2018" çərçivəsində keçirilib.

Naçıvanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikasında İran İslam Respublikasının iştirakı ilə "İslami kino həftəsi" keçirildi.

İslami kino həftəsi bir həftə müddətində, Sentyabr ayının 24-dən 30-dək, "Naxçıvan; İslam dünyası ölkələrinin mədəniyyət paytaxtı-2018" çərçivəsində keçirilib.

Naxçıvanda ilk dəfə keçirilən "İslami kino həftəsi"nə Azərbaycan, İran İslam Respublikası, Türkiyə, Özbəkistan və Tacikistan respublikalarının filmləri nümayiş olunub.

Naxçıvanlılar iranlı kinorejissor Məcid Məcidinin "Baran" (yağış) filmini çox maraqla qarşılayıblar.

Məcidinin bu filmi Naxçıvanın mədəniyyət və turizm naziri, qonaqların və yerli camaatın izdihamlı iştirakı ilə ekran edilib.

Qeyd edək ki, "İslami kino həftəsi"nin yekun mərasimi türkiyəli kinorejissor Gürşat Qızbaşın Mövlana Cəlaləddin Bəlxinin həyatı və düşüncələri barədə çəkilmiş "eşqin rəqsi" filmi ilə keçirilib.  

http://iqna.ir/fa/news/3751828

captcha