IQNA

Köln şəhərinin "Böyük Məscidi" keçən həftə istifadəyə verilib

8:35 - October 03, 2018
Xəbər sayı: 3483997
Almaniyanın şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərindəki "Böyük Məsci" 9 ildən sonra keçən həftənin Şənbə günü (29 Sentyabr 2018) istifadəyə verilib.

Köln şəhərinin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərindəki "Böyük Məsci" 9 ildən sonra keçən həftənin Şənbə günü (29 Sentyabr 2018) istifadəyə verilib.

Köln (Cologen) məscidinin açılış mərasimində Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan da iştirak edib.

Bu məscidin tikilməsi barədə ilk layihə 2001-ci ildə hazırlanıb. İki il sonra şəhər şurası məscidin tikilməsi ilə razılaşıb. Almaniyanın "İslam Türk Birliyi" təşkilatının istəyi keçirdiyi münaqisədə (tender) məscidin memarlığını Köln şəhərinin məşhur memarı Pal Bum udur. Pal Bum mərkəzində bir günbəzi və 55 metr uzunluğunda iki nazik minarəsi olan tikilinin layihəsini hazırlayır.

Məscidin tikilməsi barədə xəbərlər yayıldıqdan sonra radikal sağçılar məscidin tikilməsinə əngəl olmağa çalışırlar. Amma 2009-cu ilin Noyabr ayının 7-də məscidin ilk bünövrə daşı qoyulur. Sonrakı illərdə məscidin namazxanası, kitabxanası, dərs otaqları, seminar salonu və maşın parkingi tədricən tikilib başa çatır. 2011-ci ilin Fevral ayında məscidin 37 metrlik günbəzi qoyulur.

Köln şəhərinin ən mühüm memarlıq əsərlərindən birinə çevirilmiş məscidin açılış mərasimi 2012-ci ilin may ayında olacaqdı. Amma 2011-ci ildə "İslam Türk Birliyi" təşkilatı ilə memar Bum arasındakı razılaşma pozulur. 2012-ci ildə layihənin idarəsini öhdəsinə götürməyən Bum məscidin tikilişində müşavir olmağa razılaşır.

Məscidin qapıları ilk dəfə 2017-ci ilin iyun ayında (Ramazan) müsəlmanların istifadəsi üçün açılır. Daha sonra isə elan edilir ki, məscidin rəsmi açılışı 2018-ci ilin Sentyarb ayında Türkiyə prezidenti Rəcə Təyyib Ərdoğanın iştirakı ilə olacaqdır.

Beləliklə 30 milyon avro dəyərində vəsaitlə tikilmiş məscidin rəsmi açılış mərasimi keçən həftənin şənbə günü, Sentyabr ayının 29-da, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə keçirildi.

http://iqna.ir/fa/news/3752250  

captcha