IQNA

Misrin beynəlxalq Quran yarışlarının vaxtı elan edildi

6:16 - October 07, 2018
Xəbər sayı: 3484009
Misrin Dini İşlər və Vəqflər Nazirliyi bu ölkənin beynəlxalq Qurani-Kərim yarışlarının dəqiq vaxtını, şərtlərini və digər təfərrüatını elan edib.

Misrin beynəlxalq Quran yarışlarının vaxtı elan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Meydanul-Əxbar" informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrin Dini İşlər və Vəqflər Nazirliyi bu ölkənin beynəlxalq Qurani-Kərim yarışlarının dəqiq vaxtını, şərtlərini və digər təfərrüatını elan edib.

Misrin Dini İşlər və Vəqflər Nazirliyinin elanında deyilir: Beynəlxalq Qurani-Kərim yarışları 2019-cu ilin Mart ayının 29-da başlayacaqdır.

Kişilər və qadınların iştirakı ilə Qurani-Kərimin hifzi üzrə olacaq bu yarışlar üç qrup üzrə keçiriləcəkdir.

Birinci qrupda dini tədqiqatçılar, Ərəb dili və ədəbiyyatını bilənlər, universitet ustadları və dini elmi hövzələrin məzunları Qurani-Kərimin hifzi, təcvidi və məfhumlarının təfsiri üzrə yarışacaqlar. İştirakçıların yaşı 40-dan çox olmamalıdır. Bu qrupun qalibinə 180 min Misr pondu, ikinci və üçüncü yerləri tutanlara sıra ilə 120 min və 90 min pond mükafat veriləcəkdir.

İkinci qrupda Qurani-Kərimin yarısını (15 cüz) əzbərdən bilənlər yarışacaqlar. Bu qrupda da iştirakçı hifzlə yanaşı təcvid qaydalarını da kamil bilməlidir. Bu qrupun birinci, ikinci və üçüncü yerlərinin qaliblərinə sıra ilə 150, 120 və 90 min Misr pondu mükafat veriləcəkdir.

Bu yarışların üçüncü qrupunda 12 yaşından aşağılar yaraşıcaqlar. Qurupun qaliblərinə sıra ilə 120, 80 və 70 min Misr pondu mükafat veriləcəkdir.

Qeyd edək ki, Misrin Dini İşlər və Vəqflər Nazirliyi iştirakçıların səfər, oturum, hotel və əlillərin daşınması xərclərini ödəyəcəkdir.   

http://iqna.ir/fa/news/3753355

captcha