İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən Zimbabvenin Həzrəti Zəhra (s) adına İslami Kollecinin şagird və tələbələrinin şərəfinə tədbir keçirilib.
Cari həftənin Cümə günü (5 Oktyabr 2018) keçirilən tədbirdə tələbə və məzunların elmi və mədəni fəaliyyətləri dəyərləndirilib.
Tələbələrin valideynləri, kollecin məsulları, digər qonaqların və həmçinin İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəisi Rza Əsgərinin iştirakı ilə keçirilən tərbirdə dərslər və idman üzrə fərqlənən tələbələrə hədiyyələr verilib.
Tədbirdə iştirakçılara kollecin inkişafı və genişləndirilməsi üçün atılan addımlar, kollecin təlim, tədris və mədəni imkanları, yeni layihələr, o cümlədən yeni elmi laboratoriyanın tikilməsi barədə məlumat verilib.
Mərasimdə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Rza Əsgəri və Zimbabvenin dinlər universitetinin İslami elmlər ustadı Kərimi çıxış edərək təhsil və mədəniyyətin ölkənin inkişafıdakı rolundan və həmçinin İslam dinində elmin əhəmiyyətindən danışıblar.
Mərasimin sonunda dərs kitabları və ailəyə dəstək mövzusunda tələbələr mövzusunda hazırlanmış səgri keçirilib.