IQNA

Parlament nümayəndələri Quran bağçalarının bağlanmasını tələb etdilər

8:33 - October 09, 2018
Xəbər sayı: 3484021
Misrin parlament nümayəndələri Quran təmayüllü uşaq bağçalarının bağlanmasını tələb etdilər. Səbəb kimi isə bu bağçalarda oxuyan uşaqların guya radikalizmə yönəlməsini göstəriblər.

Parlament nümayəndələri Quran bağçalarının bağlanmasını tələb etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin parlament nümayəndələri Quran təmayüllü uşaq bağçalarının bağlanmasını tələb etdilər. Səbəb kimi isə bu bağçalarda oxuyan uşaqların guya radikalizmə yönəlməsini göstəriblər.

Misrin parlament nümayəndəsi Məhmud Bədr İslami uşaq bağçalarında tədir edilən proqramlardan birinin "Nurul-Bəyan" olduğuna işarə edərək deyib ki, bu kitabda radikalizmə yönləndirlən və radikalist düşüncə yaradan mövzular vardır.

Məhmud Bədr əlavə edib: "Nurul-Bəyan" kitabında it saxlamaq, incəsənət adamlarının fotolarını yaymaq və bu şəkillər barədə danışmaq və həmçinin (sosial şəbəkələrdə) məşhur idmançıların fotolarına rəy yazmaq haram hesab edilir. Görəsən, məntiqidirmi ki, uşaqlar çox kiçik yaşlarında tövhid, rübubiyyət, adların tövhidi, ilahi sifətlər və şirkin mənası kimi məsələlərlə tanış olsunlar?

Misrin parlament nümayəndəsi Məhmud Bədr "facebook" sosial şəbəkəsindəki səhifəsində dövlətin İslami uşaq bağçalarının dərs proqramına yenidən baxılması barədə qərarından və bəzi Quran bağçalarının lisenziyasının ləğb ediləcəyindən xəbər verib.   

http://iqna.ir/fa/news/3753986  

captcha