Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur. Bu ölkədə orta hesabla hər ay ən azı 180 nəfər insan mina partlamasının qurbanına çevirilir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanda minalar və müharibənin digər partlamamış qalıqları (MPQ) hər ay 180 nəfərə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur.