IQNA

Misirdə müxtəlif dillərdə “İnsanlığın rəsulu” müəssisəsinin yaradıldı

9:10 - November 03, 2018
Xəbər sayı: 3484105
Misirdə müxtəlif dillərdə “İnsanlığın rəsulu” müəssisəsinin yaradıldı
Misirin vəqflər nazirliyi İslam peyğəmbərinin (s) həyatını və xüsusiyyətlətini tanıtdırmaq məqsədi ilə “İnsanlığın rəsulu” müəssisəsini yaratdı.

İkna xəbər agentliyi “Əl-yövmus-sabe” xəbər saytına istinadən xəbər verir ki, Misirin vəqflər naziri Məhəmmədmuxtar Cümə bu haqda dedi: Bu müəssisə Rəbiül-əvvəl ayı əzrində Məhəmməd peyğəmbərin (s) həyatını, şəxsiyyətini, fəzilətlərini və xüsusiyyətlərini müxtəlif dillərdə dünyaya tanıtdırmaq istəyir.

O, Qahirədə keçirilən mətbuat konfransında Misirdə Quran məkbətləri və mədrəsələrinin artmasını vurğulayaraq, dedi: Hal-hazırda Misirdə iki min altı yüz yetmiş bir məktəbxana və yeddi yüzdən çox Quran təlimi mədrəsəsi fəaliyyət göstərir.

Məhəmmədmuxtar Cümə dedi: Eləcə də Misirin vəqflər nazirliyi Quran müəllimləri yetiçdirmək üçün böyük məscidlərdə kurslar təşkil edib.

http://iqna.ir/fa/news/3760531

 


captcha