IQNA

Rəbiul-Əvvəl ayının əməlləri

17:44 - November 09, 2018
Xəbər sayı: 3484139
İslam İnqilabının dahi rəhbəri və dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Xamenei buyurur: "Rəbiul-Əvvəl" ayı həyatın baharıdır".

Rəbiul-Əvvəl ayının əməlləriİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) – Maarif şöbəsi: İslam İnqilabının dahi rəhbəri və dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Xamenei buyurur: "Rəbiul-Əvvəl" ayı həyatın baharıdır".

Rəbiul-Əvvəl ayların baharıdır. Allahın rəhmət görüntüləri bu ayda zahir olur. Allahın rəhmət və bərəkəti yaradılışın səbəbi olanın mövludu münasibəti ilə yerə nazil olur. Əgər desək ki, yaradılışın ilk günündən belə bir rəhmət və bərəkət yer üzünə enməyib, mənasız bir söz danışmamışıq. Çünki həzrəti xətmi-mərtəbət, sevimli Peyğəmbərimizin (s) mövludunu yer üzünə göndərilən digər bərəkət və rəhmətlərlə bir hesab etmək olmaz. Peyğəmbərin (s) mövludu ilə yer üzünə enən bərəkətin digər aylardakı bərəkətlər ilə fərqi O həzrətn digər yaradılmışlar ilə fərqi kimidir. ("əl-Müraqibət", Mirza Cavad Ağa Məliki Təbrizi.

RƏBİUL-Əvvəl ayının müstəhəb və savab əməlləri

Bu mübarək ayın hər günü və gecəsi bərəkət, rəhmət və fəzilətlə dolu bir aydır. Bu ayın birinci gecəsində "Leylətul-Məbit" hadisəsi baş verib. Həmin gecədə İmam Əli (ə) fədakarlıq edərək Həzrət Peyğəmbərin (s) yatağında yatdı və Peyğəmbər (s) Mədinəyə hicrət etdi. Buna görə də birinci günün iki əməli var: 1). Bu günün şükranəsinə ki, Peyğəmbər (s) salamat hicrət edə bildi və İmam Əli (ə) də kafirlərin şərrindən amanda qaldı, oruc tutmaq; 2. Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) ziyarətnamələrini oxumaq.

Rəbiul-Əvvəl ayının 12-cü gününün əməlləri: İki rəkət müstəhəb namaz qılmaq. Birinci rəkətdə Fatihədən sonra üç dəfə "qul ya əyyuhəl-kafirun" surəsini və ikinci rəkətdə Fatihədən sonra üç dəfə Tövhid (İxlas) surəsini oxumaq.

Rəbiul-Əvvəl ayının 17-ci gününün əməlləri: Məşhur nəzərə görə, Həzrət Peyğəmbər (s) və İmam Sadiq (ə) bu ayın 17-də anan olmuşlar. Buna görə də qüsl, oruc, sədəqə, ehsan, möminləri xoşhal etmək və ziyarətə getmək, xüsusi ilə də Peyğəmbər, İmam Əli (ə) və İmam Sadiqi (ə) ziyarət etmək, bu günün əsas savab əməlləridir.

http://iqna.ir/fa/news/3762324

captcha