IQNA

Ayətullah Əraki: Amerika müqavimət cəbhəsinə qarşı məğlubiyyətə uğrayıb

14:04 - November 24, 2018
Xəbər sayı: 3484225
İslami məzhəblərin yaxınlaşdırılması assambleyasının baş katibi deyib: Tehranda 32-ci beynəlxalq islami vəhdət konfransının keçirilməsinin mesajlarından biri Amerika və onun regiondakı müttəfiqlərinin müqavimət cəbhəsinə qarşı məğlubiyyətidir.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ayətullah Möhsün Əraki bu gün Tehranda islami vəhdət konfransının açılışı mərasimində etdiyi çıxışında deyib: Belə bir böyük yığıncağın keçirilməsində məqsəd müqavimət cəbhəsinə və regionda islami müqavimət qüvvələrinə dəstək verməkdən ibarətdir. 

Ayətullah Əraki deyib: Bu böyük yığıncaq göstərir ki, islam dünyasında təkfirçilik və təfriqə yaratmaq planı məğlubiyyətə uğrayıb və islam dünyası bütün etnik və coğrafı fərqliliyi və çeşidliliyinə rəğmən Qurani Kərim və Rəsulullah(s.ə) yolunda bütöv və yekdildir. 

İslami məzhəblərin yaxınlaşdırılması assambleyasının baş katibi həmçinin bu konfransın keçirilməsinin mesajının, ABŞ-ın regiondakı müttəfiqlərinə qarşı İran İslam Respublikasının qələbəsi, ABŞ-ın islam dünyasındakı hegemoniyasının məğlubiyyətə uğraması, amerikan, sionist və Səudiyyə terrorizmi qarşısında müqavimət göstərən qəhrəman xalqlara dəstəyin elan edilməsi olduğunu bildirib. 
 
captcha