İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Hannover şəhərində "Almaniyanın Məzhəbi Araşdırmalar Birliyi"nin 33-cü elmi-dini konfransı gələn ilin Sentyabr ayının 3, 4 və 5-də keçiriləcək.
Almaniyanın Hannover şəhərinin "Leibniz" universitetində (Leibniz Universität Hannover - Gottfried Wilhelm Leibniz Universität Hannover) Dinlər Araşdırması fakültəsinin təşəbbüsü ilə keçirilən kofnrasnın əsas mövzusu "dinin konseptuallaşdırılması" olacaqdır.
Almaniyanın "Leibniz" universitetinin informasiya portalında bu barədə deyilir: Son illərdə din məfhumunun açıqlamasında müxtəlif cəmiyyətlərdə ayrı-ayrı fikirlər ortaya çıxmışdır. Buna görə də Almaniyanın Məzhəbi Araşdırmalar Birliyi gələn il dinin müxtəlif təriflərini və din məfhumunun akademik və qeyri-akademik məkanlarda necə anlaşılmasını araşdıran və izah edən bir konfrans keçirəcəkdir. Bu konfransda iştirak etmək istəyənlər öz elmi məqalələrini iki hissədə: "akademik məkanlarda din məfhumu" və "müxtəlif mədəniyyətlər və cəmiyyətlərdə din məfhumu", yazaraq konfransın keçirilməsi təşkilatına göndərə bilərlər.
Alman və İngilis dilində keçiriləcək bu konfransa məqalə göndərənlər və "online" iştirak etmək istəyənlər qarşıdakı linkdən ətraflı məlumat əldə edə bilərlər: Conceptualising Religion
Qeyd edək ki, Almaniyanın "Leibnez universiteti" (Gottfried Wilhelm Leibniz Universität Hannover) bu ölkənin Aşağı Saksoniya əyalətinin ikinci ən böyük və mötəbər təhsil ocağıdır. Bu universitet Almaniyanın Texnologiya Müəssisələri Birliyinin (9TU) üzvidir və texnologiya sahəsində öncül təhsil mərkəzlərindən biri sayılır.