IQNA

23:41 - November 27, 2018
Xəbər sayı: 3484248
İranın Milli Muzeyinin təşəbüsü ilə gələn ilin (2019) Mart ayının 14-də keçiriləcək sərgidə İranın tarix öncəsindən İslam dövrünə qədərki qədim arxeoloji əsərləri nümayiş ediləcəkdir.

İspaniyada İranın tarixi əsərləri sərgisi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İspaniyanın Alikanta şəhərində "İran, mədəniyyət beşiyi" adlı sərgi keçiriləcək.

İran İslam Respublikasının Milli Muzeyi ilə İspaniyanın "Arxeologiya Muzeyi"nin həmkarlığı ilə gələn ilin (2019) Mart ayının 14-də keçiriləcək sərgidə İranın tarix öncəsindən İslam dövrünə qədərki qədim arxeoloji əsərləri nümayiş ediləcəkdir.

Bu məqsədlə İran İslam Respublikasının turizm, əl sənayesi və mədəni irs təşkilatının muzeylərinin işiri üzrə direktoru Məhəmmədrza Kargər və İran İslam Respublikasının Madriddəki Mədəniyyət Mərkəzinin rəhbəri Əlirza İsmayili Alikanta şəhərinin muzeyinə baş çəkərək bu barədə müzakirə ediblər.

Bu sərgidə İranın tarix öncəsindən İslama qədərki dövrə aid 200 ədəd tarixi əsəri nümayiş olunacaqdır. Sərgi çərçivəsində digər elmi və mədəni proqramlar da icra ediləcəkdir.  

http://iqna.ir/fa/news/3767499  

Ad:
E-poçt:
* Comment:
* captcha: