IQNA

Suriyalı sənətçi Quranı parça üzərinə yazdı

22:52 - November 29, 2018
Xəbər sayı: 3484258
Suriyalı incənətçi, peşəkar dərzi və tikiş ustası Məhəmməd Hadi Haziri bütün Qurani-Kərimi paltartikən tikiş maşını ilə məxməl parça üzərinə yazaraq sərgiyə çıxartdı.

Suriyalı sənətçi Quranı tikişlə yazdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dörd il öncə Türkiyəyə köç edən Suriyalı incənətçi, peşəkar dərzi və tikiş ustası Məhəmməd Hadi Haziri bütün Qurani-Kərimi paltartikən tikiş maşını ilə yazaraq sərgiyə çıxartdı.

Tikiş maşını ilə parça üzərinə yazdığı Quranı Türkiyənin Bursa şəhərinin sərgisində nümayiş etdirən sənətçi Qurani-Kərimin bütün ayələrini 12 il müddətində məxməl parça üzərinə tikdiyini deyib.

Suriyalı sənətçi parça Quran nüsxəsini 2000-ci ildə tikməyə başlamış və 2012-ci ildə ilk dəfə İran İslam Respublikasında sərgiyə çıxarmışdır. Bundan sonra isə müxtəlif müsəlman ölkələrinin müxtəlif şəhərlərindəki sərgilərdə öz sənət işini nümayiş etdirmişdir. 

Türkiyənin Bursa, Trabzon, İstambul və Gaziantep şəhərlərində sərgiyə çıxarılan bənzərsiz bu Quran nüsxəsi məxməl parça üzərində qalın saplardan istifadə edilərək hüsnxətt və güllü naxış ilə yazılıb.

Bu Quran nüsxəsi 12 cilddən ibarətdir və 426 səhifəsi vardır. Uzunu 80, eni 60 metir olan bu Quranın çəkisi isə 200 kq-dır. Əsərin ilkin qiyməti 6.5 milyon dollar təyin edilib.

http://iqna.ir/fa/news/3768034

دوخت کامل قرآن توسط هنرمند سوری

captcha