IQNA

20:31 - December 01, 2018
Xəbər sayı: 3484266
Beynəlxalq Əvf Təşkilatı Bəhreyndə keçirilən seçkilərdən Ali-Xəlifə rejiminin 32 nəfər ictimai aktivistin vətəndaşlığını ləğv etməsini tənqid etdi.

Beynəlxalq Əfv Təşkilatı Bəhreyn rejimini tənqid etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq Əvf Təşkilatı Bəhreyndə keçirilən seçkilərdən Ali-Xəlifə rejiminin 32 nəfər ictimai aktivistin vətəndaşlığını ləğv etməsini tənqid etdi.

Keçən həftənin şənbə günü Bəhreyndə keçirilən bələdiyyə və parlament seçkilərindən sonra Ali-Xəlifə rejimi öz müxaliflərini, siyasi və ictimai fəalları əzmək və fiziki şəkildə məhv etməklə məşğuldur.

Ali-Xəlifə rejimi öz çirkin siyasətlərinin davamında ölkənin siyasi və ictimai fəallarından 32 nəfərinin vətəndaşlığını ləğv edib.

Beynəlxalq Əvf Təşkilatı sosial şəbəkədə Ali-Xəlifə rejiminin siyasi fəallara qarşı atdığı bu addımı qınayıb və bunu beynəlxalq qanunlarının tapdalanması adlandırıb.

Qeyd edək ki, Bəhreyn hakimiyyəti keçən həftənin Cüməaxşamından başlayaraq müxaliflərini, siyasi və ictimai fəlları sıxışdırmağa başlayib. Ali-Xəlifə rejimi müxaliflərini həbs edərək onları işkəncə edir, ictimai fəlları təqib edir. Bu rejimin cari ildə vətəndaşlığını ləğv etdiyi adamların sayı 288 nəfərə çatıb. 2012-ci ildən indiyədək isə Ali-Xəlifə rejimi 794 vətəndaşın vətəndaşlığını ləğv edib.

http://iqna.ir/fa/news/3768282

 

Ad:
E-poçt:
* Comment:
* captcha: