IQNA

10:44 - December 03, 2018
Xəbər sayı: 3484277
İraqın Neynəva əyalətində bu ölkənin təhlükəsizlik qüvvələri keçirdikləri əməliyyat nəticəsində İŞİD-ə maliyyə dəstəyi göstərən bandanı həsb ediblər.

İŞİD-ə maliyyə dəstəyi göstərənlər həbs edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 2 Dekabr 2018-ci il, İraqın Neynəva əyalətində bu ölkənin təhlükəsizlik qüvvələri keçirdikləri əməliyyat nəticəsində İŞİD-ə maliyyə dəstəyi göstərən bandanı həsb ediblər.

BURASA xəbər agentliyinin bu barədə verdiyi məlumata əsasən, həbs edilən İŞİD tərəfdarlarının döyüşlərdə öldürülən terrorçuların ailələrinə maddi dəstək göstərdikləri məlum olub.

İraqın təhlükəsizlik qüvvələrinin informasiya mərkəzi bu barədə bəyaniyyə yayaraq elan edib: Neynəva əyalətinin mütəşəkkil cinayətlərlə mübarizə bölməsi və Rəbi rayonunun polis mərkəzi İŞİD terrorçularının ailələrinə maddi yardım göstərən qrupu həbs edib.

Bəyaniyyədə deyilir: Sözügedən banda barəsində məlumat alan təhlükəsizlik qüvvələri dərhal əməliyyata başlamış və İŞİD terrorçularınına ailələrinin siyahısını düzəltməyə cəhd edən beş nəfəri yaxalamışdır. İstintaq zamanı onlara öldürülmüş İŞİD terrorçularının ailələrinin siyahısını hazırlayaraq onlara maddi yardım göstərmək üçün əmr verildiyi məlum olub.      

http://iqna.ir/fa/news/3768969  

Teqlər: iqna ، İŞİD ، İraq ، İSİS ، Neynəva
Ad:
E-poçt:
* Comment:
* captcha: