IQNA

Quranın İngilis dilində nadir nüsxəsi hərraca çıxarıldı

23:48 - December 06, 2018
Xəbər sayı: 3484296
Cənubi Afrikaya mənsub hərrac saytının rəsmi Twitter sosial şəbəkə səhifəsində yazılıb ki, Qurani-Kərimin belə bir tərcümə nüsxəsinin bir də əldə edilməsi ehtimalı çox azdır.

Quranın İngilis dilində nadir nüsxəsi hərraca çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "JellyFish Tree" auksin saytında istinadla verdiyi xəbərə görə, Qurani-Kərimin İngilis dilinə tərcümə edilmiş qədim və nadir nüsxəsi internet üzərindən "online" hərraca (auksion) çıxarıldı.

Qurani-Kərimin İngilis dilinə ilk tərcümələrindən biri olan bu qədim və nadir nüsxə 1649-cu ildə Qurani-Kərimin Fransız dilinə André du Raire tərəfindən tərcümə edilmiş nüsxəsi üzərindən İngilis dilinə tərcümə edilərək çap və nəşr edilmişdir.

Cənubi Afrikaya mənsub bu saytın Twitter səhifəsində yazılıb ki, Qurani-Kərimin belə bir tərcümə nüsxəsinin bir də əldə edilməsi ehtimalı çox azdır. Ümidvarıq ki, bu tərcümə Qurana sevgi və marağı olan bir kəsin əlinə çatacaqdır.  

Miladın 17-ci əsrinə aid olan bu Quran nüsxəsinin hərracdakı ilkin qiyməti 800 dollar təyin edilmişdir.

http://iqna.ir/fa/news/3770019

 

 

 

captcha