IQNA

19:03 - December 07, 2018
Xəbər sayı: 3484299
İraqın Səlahuddin əyalətinin terroristləri təmizləmə əməliyyatının komandanlığı bu gün, həftənin Cümə günü, 7 Dekabr 2018-ci il, İŞİD-in bu əyalətdəki müftisinin öldürüldüyü məlumatını yayıb.

İŞİD-in müftisi İraqda cəhənnəmə vasil olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın Səlahuddin əyalətinin terroristləri təmizləmə əməliyyatının komandanlığı bu gün, həftənin Cümə günü, 7 Dekabr 2018-ci il, İŞİD-in bu əyalətdəki müftisinin öldürüldüyü məlumatını yayıb.

İraqın Səlahuddin əyalətinin terroristləri təmizləmə əməliyyatının komandiri Ənnad Sədun elan edib: İraqın hərbi qüvvələri Həşdi-Şəbinin (xalk könüllüləri ordusu) 88-ci briqadasının həmkarlığı ilə Səlahuddin əyalətinin mərkəzi olan Tikrit şəhərinin şimal-şərqində Hümreyn dağlarında keçirdiyi əməliyyat zamanı İŞİD-in tanınmış müftisi Həmid Casim Fəlunu məhv edib.  

Ənnad Sədun əlavə edib: İŞİD-in tanınmış müftisi Həmid Casim Fəlu 2014-cü ildə Nahiyətul-Elm rayonunda yaşayan "Cəburi" əşirəsinin kişilərinin hamısının qətliam edilməsi və qadınlarının əsir götürülərək İŞİD terroristləri arasında kəniz kimi paylanılması barədə fətva vermişdi. O həmçinin Tikritdə 22 ordu zabitinin edam edilməsi hökmünü də imzalamışdı.    

http://iqna.ir/fa/news/3770277

 

Teqlər: tikrit ، səlahuddin ، işid ، müfti
Ad:
E-poçt:
* Comment:
* captcha: