IQNA

8:18 - December 09, 2018
Xəbər sayı: 3484313
Mütəxəssis hakimlər heyətinin nəzarəti alıtnda keçirilən Qurani-Kərimin hifzi yarışları cari həftənin Cümə günü başlamışdır. Üç keçiriləcək bu yarışlar bu gün (9 Dekabr 2018-ci il) başa çatacaqdır.

İraqda xanımlar arasında milli Quran hifzi yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində xanımlar arasında keçirilən Qurani-Kərimin hifzi yarışlarının ikinci turu keçirilir.

QAF xəbər agentliyinin bu barədə verdiyi xəbərə görə, bu yarışlar Kərbəlada Həzrət Əbulfəzl Abbasın (ə) müqəddəs hərəminin idarəçiliyinin İslam Maarifi bölməsinin nəzdində fəaliyyət göstərən "Xanımların Quran Fəaliyyətləri Mərkəzi"nin təşəbbüsü ilə təşkil edilmişdir.

Mütəxəssis hakimlər heyətinin nəzarəti alıtnda keçirilən Qurani-Kərimin hifzi yarışları cari həftənin Cümə günü başlamışdır. Üç keçiriləcək bu yarışlar bu gün (Bazar günü, 9 Dekabr 2018-ci il) başa çatacaqdır.

Bu yarışlarda iştirak edən xanımlar əvvəlcə əyalətlər üzrə keçirilən Quran hifzi yarışlarında iştirak etmiş və həmin yarışlarda ən yaxşı hafizlər olaraq milli Quran yarışlarına vəsiqə qazanmışlar.

İraqın xanımlar arasında milli Quran hifzi yarışları Qurani-Kərimin kamil hifzi, 20 cüz hifzi, 15 cüz hifzi, 5 cüz hifzi və 3 cüz hifzi üzrə Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəminin İmam Hadi (ə) adına salonunda keçirilir.     

http://iqna.ir/fa/news/3770609

Ad:
E-poçt:
* Comment:
* captcha: