IQNA

16:37 - December 16, 2018
Xəbər sayı: 3484359
İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu gün (16 Dekabr 2018-ci il) İQNA-nın konfrans zalında təqdimat mərasimi keçirilən ŞƏMS təfsiri barədə öz fikirlərini bölüşüb.

ŞƏMS təfsiri yeni baxış və axar nəsr ilə yazılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu gün (16 Dekabr 2018-ci il) İQNA-nın konfrans zalında təqdimat mərasimi keçirilən ŞƏMS təfsiri barədə öz fikirlərini bölüşüb.

İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin təqdimat mərasiminə ünvanladığı ismarıc Xarici İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr Universitetinin rəisi Məhəmməd Həsən Şeyxul-İslami tərəfindən qiraət edilib.

Təqdimat mərasiminə ismarıc ünvanlayan Xarici İşlər Naziri müəllifə öz təşəkkürünü bildirərək ŞƏMS təfsirini yeni baxış, axar nəsr, müsəlmanlar arasında vəhdətin qorunması və İlahi mesajların doğru dərk edilməsi yönündə çalışqanlıqla yazılmış bir təfsir hesab edib.

Məhəmməd Cavad Zərif deyib: "Qurani-Kərim Allahın bəşəriyyətə verdiyi ən gözəl hədiyyədir... Qurani-Kərimin vəhayni maarifi insanın bütün mənəvi ehtiyaclarını ehtiva edir. Tarix boyu bütün müfəssirlər bu müqəddəs kitabın dərin maarifinin genişliyindən heyrətdə qalıblar... 1400 il ərzində bu kitaba çoxlu təfsirlər yazılsa da, məsumlardan (ə) başqa heç kəs bu iddianı edə bilməyib ki, Quranın bütün həqiqətini kəşf etməyə nail olmuşdur... Buna görə də əsrlər boyu Qurani-Kərimin dərinliklərinə baş vurmaq üçün müfəssirlər çalışmışlar və bu çalışmaların nəticəsində müxtəlif nəsillərdə çox dəyərli əsərlər ortaya çıxmışdır. Şərafətli ŞƏMS təfsiri də bu yöndə görülən işlərdən biridir."  

O əlavə edib: "Mən neçə il öncədən bu təfsirin yazılmasından məlumatlı idim. Dəyərli həmkarımın öz ömründən bir hissəsini də İlahi ayələrin üzərində düşünməyə ayırmasına qibtə edirdim. On il yorulmaq bilmədən çalışmanın nəticəsində dəyərli bir kitabın ərsəyə gəlməsinin şahidiyik. Və mən fəxr edirəm ki, bizim həmkarlarımız güctükəndirən diplomatik vəzifələrinin kənarında Quran maarifinin yayılmasında da yorulmadan çalışırlar".

http://iqna.ir/fa/news/3772726  

Teqlər: iqna ، iran
Ad:
E-poçt:
* Comment:
* captcha: