IQNA

8:55 - December 19, 2018
Xəbər sayı: 3484376
Tunisin Dini İşlər Nazirliyi dini məkanlardan siyasi hədəflər üçün istifadə edilməsini qadağan edən layihə hazırlandığını elan edib.

Seçkilərdə dini məkanlardan istifadə etmək olmazİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin Dini İşlər Nazirliyi dini məkanlardan siyasi hədəflər üçün istifadə edilməsini qadağan edən layihə hazırlandığını elan edib.

Tunisin Dini İşlər Naziri Əhməd Əzum bu barədə deyib: Nazirlik dini məkanlardan, xüsusi ilə də məscidlərdən siyasi təbliğatları qadağan edən layihə hazırlayıb.

O əlavə edib: Bu layihəyə əsasən heç bir siyasi təbliğat kampaniyasında, xüsusi ilə də qarşıdan gələn seçkilərdən dini məkanlardan istifadə etmək qadağandır.

Əhməd Əzum deyib: Bu layihə gələn ilin (2019) ilk günlərində hazır olacaq. Layihədə deyilir ki, məscid imamlarının əxlaqı vəzifəsi budur ki, siyasi partiyalar barədə mövqe sərgiləməsinlər və tərəfsiz qalsınlar.  

Tunis hakimiyyəti bu layihəni 2011-ci ildə baş verən hadisələrin təkrarının qarşısını almaq üçün hazırlayıb. 2011-ci ildə sələfilər dini məkanlardan və məscidlərdən öz niyyətləri üçün istifadə etmiş və namazqılanları səsvermədə iştirak etməkdən çəkindirmişdilər.

Bundan əlavə bəzi siyasi partiyalar da seçkilərin keçirilməsi komitəsini də dini məkanlardan səs toplamaq üçün istifadə etməkdə günahlandırmışdılar. Onların fikrincə İslam təmayüllü partiyalar, xüsusi ilə də "ən-Nehzət" hərəkatı məscidlərdən təşkilatlandırılmış şəkildə öz xeyirlərinə istifadə etmişdilər.   

http://iqna.ir/fa/news/3773410  

Ad:
E-poçt:
* Comment:
* captcha: