IQNA

22:50 - December 20, 2018
Xəbər sayı: 3484385
BƏƏ-nin Şarcə şəhərinin 21-ci beynəlxalq İslami İncəsənət festivalının açılış mərasimi dünən, həftənin üçüncü günü, 19 Dekabr 2018-ci il, Şarcənin "İncənəst Muzeyin"də keçirilib.

Şarcənin İslami İncəsənət festivalı başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Şarcə şəhərinin 21-ci beynəlxalq İslami İncəsənət festivalının açılış mərasimi dünən, həftənin üçüncü günü, 19 Dekabr 2018-ci il, Şarcənin "İncənəst Muzeyin"də keçirilib.

"ÜFÜQ" şüarı ilə 30 gün müddətində keçiriləcək festivalda seminar, sərgi, təlim dərnəyi və sair fəaliyyətlər həyata keçiriləcək və ümumilikdə 234 proqram icra ediləcəkdir.

Festivalın sərgi bölməsində İslam dünyasının incəsənət ustadlarının hüsnxətt əsərləri, xəttatlıq nümunləri, rəsm əsərləri, divar rəsmləri və sair mövzuları ehtiva edən 377 əsər nümayiş olunacaq.  

Şarcə şəhərinin 21-ci beynəlxalq İslami İncəsənət festivalında Şarcənin sərgiləri, incəsənət dərnəyləri, təhsil ocaqları, Ərəb Fotoqraflar Birliyi, Şarcə Qadınlar Birliyi, Şarcə Hüsnxətt Muzeyi və Hüsnxətt ustadları mərkəzi daxil olmaqlar 25 rəsmi mərkəz iştirak edir.

Festivalda 55 sərgi düzənlənib. Bu sərgilərdə dünyanın 20 ölkəsindən 63 nəfər incəsənət ustadı öz əsərləri ilə iştirak edirlər. Sərigdə 377 incəsənət əsəri nümayiş olunacaq, 144 insənət dərnəyi keçiriləcək və insənətlə bağlı 11 video ekran ediləcəkdir.

Festival çərçivəsində Fars Körfəzi ölkələrinin incəsənət ustadları İslami incəsənət mövzusunda və incəsənət adamları arasında azad dialoq məsələsinə dair çıxış edəcəklər.   

http://iqna.ir/fa/news/3773888

Ad:
E-poçt:
* Comment:
* captcha: