IQNA

21:48 - December 24, 2018
Xəbər sayı: 3484412
Uqanda respublikası Müsəlmanlarının Ali Şurasının nəzdində fəaliyyət göstərən İslami Dəvət Universitetinin ilk tələbələri məzun oldular.

Uqanda İslam universitetinin ilk məzunlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Uqanda respublikası Müsəlmanlarının Ali Şurasının nəzdində fəaliyyət göstərən İslam universitetinin ilk tələbələri məzun oldular.

Məzunların möhtəşəm buraxılış tədbirində İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin məsulları da iştirak edib.

Uqandanın baş müftisi və "Dəvət İslam Universiteti"nin rəisi Şeyx Şaban Ramazan Mubacə mərasimdə tələbələri universitetin hədəflərini doğrultmağa dəvət edərək deyib: Bu mərasim təkcə buraxılış bayramı deyil, həm də böyük bir elmi nailiyyət və İslami müvəffəqiyyətdir.

O, çıxışının davamında Uqanda prezidentinə yaxşı təhsil şəraiti yaratdığı üçün təşəkkür edərək müsəlmanlardan öz övladlarına ibdtiyai, orta və ali təhsil üçün zəminə yaratmaqlarını istədi.

Uqandanın baş müftisi vurğuladı: İran İslam Respublikasının Mədəniyyət Mərkəzi "Dəvət İslam Universiteti"nin inkişafında gözəçarpacaq dərəcədə xidmət etmişdir.

جشن فارغ‌التحصیلی دانش‌آموختگان دانشکده اسلامی اوگاندا

Mərasimdə İran İslam Respublikasının Mədəniyyət Mərkəzinə "Dəvət İslam Universiteti"nin inkişafında göstərdiyi köməyə görə təşəkkür lövhəsi hədiyyə edilib.

Qeyd edək ki, "Dəvət İslam Universiteti" (Islamic Call University) 2007-ci ildə Liviyanın "Islamic Call University" ilə Uqanda Müsəlmanlar Şurası arasında əldə olunan razılaşma əsasında Uqandada təsis edildi. Uqanda dövləti "Dəvət İslam Universitet"inə 2011-ci ildə rəsmi lisenziya verdi.     

http://iqna.ir/fa/news/3775012  

Ad:
E-poçt:
* Comment:
* captcha: