IQNA

Filippinli camaat imamını ölürənin başına pul qoyuldu

0:33 - December 25, 2018
Xəbər sayı: 3484414
Filippin müsəlmanları camaat imamı Budcim Abdullahın terror edilməsinə etiraz edən müsəlmanların qatili tutulub təhvil verilməsi üçün 1 milyon peso mükafat təyin ediblər.

Filippinli camaat imamını ölürənin başına pul qoyulduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippin müsəlmanları camaat imamı Budcim Abdullahın terror edilməsinə etiraz edən müsəlmanların qatili tutulub təhvil verilməsi üçün 1 milyon peso mükafat təyin ediblər.  

Filippində yaşayan ən böyük müsəlman azlığı olan Maranoi tayfası ölkə polisindən müsəlman camaat imamını terror edən qatilin barəsində ədalətin icra edilməsi tələb ediblər.

Müsəlmanlar etiraz toplantısında müsəlman və xristian cəmiyyətlərdən istəyiblər ki, ölkədə əhali arasında tolerant yaşamaq və dostluq əlaqələrinin möhkəmlənməsi üçün çalışsınlar.

Qeyd edək ki, Filippinli camaat imamı Begyu şəhərinin bazarında güllə ilə vurularaq terror edilmişdi. Gizli kameraların qatili görüntüləməsinə rəğmən Filippin polisi qatili hələ də həbs etməyib.

Qatilin fotoları sosial şəbəkələrdə və yerli qəzetlərdə də paylaşılıb. Amma polisin qatilin kimliyini təyin edə bilməyib.

Bu terror hadisəsi son illərdə Filippində camaat imamlarına qarşı törədilən dördüncü sui-qəsd hadisəsidir.

http://iqna.ir/fa/news/3775188

Teqlər: filippin ، camaat imamı ، terror
captcha