IQNA

17:01 - December 27, 2018
Xəbər sayı: 3484429
Nüsxənin əmir işləri beş mərhələdə həyata keçirilib: Bioloji sınaq, kimyəvi sınaq, təmizləmə, xüsusi maddələr ilə kağızın gücləndirilməsi, kitabın cildlənməsi və qızılsuyuna çəkilməsi.     

300 illik Quran nüsxəsi təmir və bərpa edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hicri-Qəməri tarixi ilə 12-ci əsrə aid olan qədim əlyazma Qurani-Kərim nüsxəsi Kərbəlada İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Əlyazma nüsxələrin təmiri və qorunması mərkəzi" tərəfindən təmir və bərpa edildi.

"Əlyazma nüsxələrin təmiri və qorunması mərkəzi"nin rəisi Mənaf Təmiminin bu barədə verdiyi açıqlamaya əsasən, bu qədim əlyazma Qurani-Kərim nüsxəsi İraqın Samerra şəhərin dövlət universitetinə aid idi ki, təmir edildikdən sonra universitetinin kitabxanasına geri verilib.

Mənaf Təmimi nüsxənin təmiri barədə deyib ki, Təmir işləri beş mərhələdə həyata keçirildi: Bioloji sınaq, kimyəvi sınaq, təmizləmə, xüsusi maddələr ilə kağızın gücləndirilməsi, kitabın cildlənməsi və qızılsuyuna çəkilməsi.     

http://iqna.ir/fa/news/3776059  

Ad:
E-poçt:
* Comment:
* captcha: