IQNA

Yəmənin tarixi və İslami irsi məhvin astanasında

9:23 - December 28, 2018
Xəbər sayı: 3484430
Yəməndə üç il öncədən başlayan müharibə bu ölkədəki qədim tarixi mədəniyyət əsərlərinin və İslami irsin, muzey və məscidlərin dağıdılması, sıradan çıxarılması və məhvinə səbəb olmaqdadır.

Yəmən tarixi və İslami irsi məhvin astanasındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın "Wall Street Juranlı"nın rəsmi informasiya portalı Yəmənin mədəni irsi barədə hazırladığı məqalədə yazır: Yəmənin Orta Əsrlərə aid tarixi məscidləri, mədəni irsi və İslami əsərləri məhv olmanın və tamamilə sıradan çıxarılmanın astanasındadır.
Sayt əlavə edir: Yəmən Ərəbistan yarımadası, Afrikanın şərqi və Hind okeanı ilə əlaqələndirici körpü olduğu üçün İslamdan öncə və sonraya aid böyük bir mədəniyyəti ehtiva edir. Yəməndə mədəniyyət çoxluğu o qədər ki, bu ölkənin 4 tarixi əsəri YUNSEKO-nun Dünya İrsi Siyahısına salınıb. Bu qədimi əsərlərdən biri də SƏNA şəhəridir.
"Wall Street Juranlı" bu barədə xəbərdarlıq edərək vurğulayır: Yəməndə üç il öncədən başlayan müharibə bu ölkədəki qədim tarixi mədəniyyət əsərlərinin və İslami irsin, muzey və məscidlərin dağıdılması, sıradan çıxarılması və məhvinə səbəb olmaqdadır.
Hesabatda deyilir: Yəməndə 2015-ci ildə başlyan müharibə bu ölkədə humanitar böhran yaratmış, aclıq, yoxsulluq və xəstəliklərinin yayılmasına səbəb olmuş, ölkənin tarixi, mədəni və İslami irsini məhv olmaq təhlükəsiz ilə üz-üzə qoymuşdur.
Wall Street juranlı vurğulayır: Yəməndə ciddi məhv olmaq təhlükəsi ilə üz-üzə qalan şeylərdən biri də milli, tarixi və İslami irsin qoruyucusu olan kitabxanalardır. Bu kitabxanalardakı İslami əlyazma nüsxələr oğurlanmaq və yanmaq təhlükəsi ilə üzləşib. Bu İslami nüsxələrdən biri də Səna Müshəfi adlanan qədim və nadir Quran nüsxəsidir. Bu Quran 1972-ci ildə kəşf edilib və dünyanın ən qədim Quran nüsxələrindən biridir. Bu nüsxə miladın 7-ci əsrində yazılmışdır və onun xətti müsəlmanların bu gün istifadə etdikləri xəttdən fərqlidir.
Sayt yazır: Yəmənin Zeydilər sülaləsinə aid olan əlyazma nüsxələr, sünni, ismayili və şiə alimlərin qədim kitab nüsxələri də məhv olmaq təhlükəsi ilə üz-üzədir.
http://iqna.ir/fa/news/3776024

میراث فرهنگی یمن در معرض خطر نابودی

Teqlər: iqna ، İslam ، yəmən ، tarix ، səna
captcha