İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin İraqdakı böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistani bu gün, Cümə günü, 28 Dekabr 2018-ci il, İraqın Nəcəf şəhərində Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah İsa Qasim ilə görüşüb.
Bəhreynin "əl-Vifaq" hərəkatı bu görüşdən fotolar paylaşaraq yazıb: Şiələrin İraqdakı böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistani bu görüşdə Ayətullah İsa Qasimlə söhbətdən sonra onun üçün Allah-Taaladan salamatçılıq və şəfa diləyib.
"əl-Vifaq" əlavə edib: Ayətullah Sistani bu görüşdə Bəhreyn xalqı üçün də Allahdan xeyir, bərəkət, asayiş və təhlükəsizlik istəyib.
Ayətullah İsa Qasim bu görüşdən öncə İmam Əlinin (ə) mübarək hərəmini ziyarət edib və İraqın bir sıra nüfuzlu şəxsiyyətləri ilə görüşüb.
Nəfəc şəhərində ziyarətdə olan Bəhreyn şiələrinin mənəvi lideri İraq Milli Hikmət Hərəkatının rəisi Seyid Əmmar Həkim və İraqın "Əsaibu Əhlil-Həqq" hərəkatının rəisi Qeys Xəzəli ilə də görüşüb.
Qeyd edək ki, Şeyx İsa Qasimin evi Bəhreyndə iki ildən çox müddətdə Ali-Xəlifə rejiminin silahlılarının mühasirəsində saxlanıldı. Bundan da sonra 14 ay ev dustaqlığı çəkən Ayətullahın səhhəti ağırlaşdı. Xəstəliyinin müalicəsi üçün Londona göndərilən Şeyx İsa Qasim müalicədən sonra, dünən, həftənin Cüməaxşamı gün, birbaşa Nəcəf şəhərinə gəlib.