IQNA

9:13 - December 30, 2018
Xəbər sayı: 3484441
Suriyada Dəməşq Milli Muzeyindəki mütəxəssislər, 7 illik müharibədən sonra ölkədə terrorçular tərəfindən dağıdılan tarixi abidələrin bərpası işlərinə başlayıb.  

Suriyada terrorçuların dağıtdığı tarixi abidələr yenidən bərpa edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Eastnews.org"a istinadla verdiyi xəbərə görə, Suriyada Dəməşq Milli Muzeyindəki mütəxəssislər, 7 illik müharibədən sonra ölkədə terrorçular tərəfindən dağıdılan tarixi abidələrin bərpası işlərinə başlayıb.  

Mütəxəssislər abidələrin qədim qalıqlarını bərpa etməyə çalışırlar. Müharibə zamanı bağlanan bir çox muzeylər artıq fəaliyyətini yenidən bərpa edib.

Suriya rəsmiləri qədim əsərləri qorumaq üçün ölkənin bir çox muzeylərini bağlamışdı. Dəməşq Milli Muzeyi də bunlardan biri idi. Muzey bu ilin oktyabr ayına qədər açılmamışdı.  

Muzey dağıdılmış əsərlərin bərpası ilə yenidən açılıb. Artıq Palmirada terrorçular tərəfindən dağıdılan bir çox əsər və abidə bu muzeyə gətirilib.  

Teqlər: iqna ، suriya ، tarixi abidələr
Ad:
E-poçt:
* Comment:
* captcha: