IQNA

Hindistanlı xanım Quranı hüsnxətt ilə yazdı

11:03 - December 30, 2018
Xəbər sayı: 3484445
Xanım Bəyim Məhəmməd Cahanın əlyazma Quran nüsxəsinin açılış mərasimi Urdu Dünyası Birliyi və Nurul-Həsən fondunun təşəbbüsü ilə Dekabr ayının 27-də Yeni Dehlinin Konstitusiya Klubunda keçirilib.

Hindistanlı xanım Quranı əl ilə yazdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanlı Quran aktivisti olan xanımın əl ilə kitabət etdiyi Qurani-Kərimin əlyazma nüsxəsinin təqdimatı mərasimi keçirilib.
Xanım Bəyim Məhəmməd Cahan Hindistan müsəlmanları arasında ilk Quran xəttatlarından biridir. O, hüsnxətt incəsənət növündən istifadə edərək Qurani-Kərimi əl ilə kitabət edib.
Xanım Bəyim Məhəmməd Cahanın əlyazma Quran nüsxəsinin açılış mərasimi Urdu Dünyası Birliyi və Nurul-Həsən fondunun təşəbbüsü ilə Dekabr ayının 27-də Yeni Dehlinin Konstitusiya Klubunda keçirilib.
Təqdimat mərasimində Hindistanın dini, mədəni, elmi, ictimai və siyasi adamları, o cümlədən Prof. Xacə Məhəmməd Əkrəmuddin (Urdu Dünyası Birliyinin rəisi) və Seyid Nəsir Hüseyn (Yeni Dehli parlamentinin üzvi) iştirak ediblər.  
http://iqna.ir/fa/news/3776385

captcha