IQNA

11:39 - December 30, 2018
Xəbər sayı: 3484446
Hindistanlı xəttat, hüsnxətt ustadı və qadınlar üçün dini geyimlər dizayneri Məhəmməd Sultan Şeyx 7 il ərzində yazdığı Qurani-Kərimə 70 kq. 18 əyar qızıl işlədib. Quranın ümumi çəkisi 750 kq.dır.

Quranı yazmağa 70 kq. qızıl işlətdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin əl-Ğirafə regionunda yaşayan Hindistanlı xəttat Qurani-Kərimi hüsnxətt ilə kitabət edib.

Hindistanlı xəttat, hüsnxətt ustadı və qadınlar üçün dini geyimlər dizayneri Məhəmməd Sultan Şeyx 7 il ərzində yazdığı Qurani-Kərimə 70 kq. 18 əyar qızıl işlədib.

Məhəmməd Sultan Şeyx Qurani-Kərimin hüsnxətt ilə yazılmasının xərclərini öz şəxsi vəsaiti və dostu Şeyx Fəhid Bəşir Şüəybin köməkləri hesabına ödəyib.

O, bütün ayələri əli ilə kitabət etdikdən sonra qızıl tikələrini ayələrin üzirə düzüb. Qızıl tikələr həriflər üzərinə o qədər dəqiq işlənib ki, baxan Quranın əvvəldən qızıl ilə yazıldığını sanır.

Quranın yazılması üçün Amerika istehsalı olan 22x30 və 18x24 ölçülərində kağızdan istifadə edilib. Bu Quranın hər cüzi 25 kq. və ümumi çəkisi 750 km.dır. Quranın hazırlanması üçün ümumilikdə 10 milyon 430 min Qətər riyalı vəsait xərclənmişdir.    

http://iqna.ir/fa/news/3776776

کتابت قرآن با قطعه‌های طلا از سوی خطاط هندی

کتابت قرآن با قطعه‌های طلا از سوی خطاط هندی

کتابت قرآن با قطعه‌های طلا از سوی خطاط هندی

Ad:
E-poçt:
* Comment:
* captcha: