IQNA

1:07 - December 31, 2018
Xəbər sayı: 3484448
Amerikanın şimali Kaliforniya əyalətinin İslam Mədəniyyəti Mərkəzi hər ayın birinci və üçüncü Şənbə günlərində Qurani-Kərimin öyrədilməsi proqramı çərçivəsində dərslər təşkil edir.

Kaliforniyada Qurani-Kərim tədris edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın şimali Kaliforniya əyalətinin İslam Mədəniyyəti Mərkəzi hər ayın birinci və üçüncü Şənbə günlərində Qurani-Kərimin öyrədilməsi proqramı çərçivəsində dərslər təşkil edir.

Ayda iki dəfə təşkil edilən bu dərslər Seyyid Vəhab Məsumi tərəfindən tədris edilir.

Dərslərdə Qurani-Kərimin qısa təfsiri, ayələrin mənəvi və əxlaqi nöqtələri deyilir və həmin mövzularda müzakirə və dialo aparılır.

İslam Mədəniyyəti Mərkəzinin Qurani-Kərim dərsləri 2018-ci ilin Sentyabr ayının 5-dən başlayıb və hər iki həftədən bir təşkil edilir.

Qeyd edək ki, Seyid Vəhab Məsumi dindar və alim bir ailənin övladıdır. O, İranın tanınmış alimi Ayətullah Seyyid Məhəmmədtəqi Məsumi Əşkurinin oğludur.

Seyid Vəhab Məsumi öz boş vaxtlarını atasından öyrəndiyi elmi məsələləri və Quran maarifini tədris etməklə məşğul olur.

http://iqna.ir/fa/news/3776772

 

Teqlər: iqna ، Quran ، kaliforniya
Ad:
E-poçt:
* Comment:
* captcha: