İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində Qurani-Kərimin "bril" əlifbası ilə təfsiri tatar və rus dillərində çap və nərş ediləcək.
Bu layihə Tatarıstanlı incəsənət və mədəniyyət sahəsində xeyriyyəçilik işləri məşğul olan müəssisələrin dəstəyi ilə 2019-cu ildə həyata keçiriləcək.
İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Mərkəzinin verdiyi məlumatda bildirilir ki, "Hamı üçün Quran" layihəsinin çərçivəsində həyata keçiriləcək bu işin maddi vəsatini "Yardım" xeyriyyə fondu toplayıb.
"Yardım" xeyriyyə fondunun məsulu deyib: Bu kitab 3000 tirajla çap ediləcək və görmə qüsuru olan əlillərə aid kitabxanalara göndəriləcəkdir.