IQNA

21:32 - January 02, 2019
Xəbər sayı: 3484463
Misrin Darul-İftasının (Fətva Evi) radikalim və təkfirçi fətvalara nəzarət şurası 2018-ci ilin son həftəsində dünyanın 12 ölkəsində 21 terror hadisəsinin törədildiyin xəbər verib.

İlin son həftəsində 12 ölkədə 21 terror törədilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Darul-İftasının (Fətva Evi) radikalim və təkfirçi fətvalara nəzarət şurası 2018-ci ilin son həftəsində dünyanın 12 ölkəsində 21 terror hadisəsinin törədildiyin xəbər verib.

Misrin Darul-İftasının (Fətva Evi) radikalim və təkfirçi fətvalara nəzarət şurasının hesabatında deyilir ki, bu hadisələrdə 266 insan həyatını itirib.

Hesabatda həmçinin bildirilir ki, ilin son həftəsində ölənlərin sayı ondan öncəki həfətədə terror qurbanlarının sayından 58 nəfər çox olub.

Darul-İftasının (Fətva Evi) radikalim və təkfirçi fətvalara nəzarət şurası bu cinayətlərinin çoxunun İŞİD, Taliban, Buko-Haram, Sumalinin əş-Şəbab hərəkatı, Təhriruş-Şam heyəti və Keşmirin Ceyşul-Muhəmməd silahlıları tərəfindən törədildiyini vurğulayıb.

Hesabatda göstərilən 21 terror cinayətinin altısı Əfqanıstanda baş verib. Bu hadisələrdə terroristlər xiyaban, bazar və kütləvi məkanlarda insanlara hücum edilib.

Terror hadisələrindən dördü Sumalidə baş verib. Burikinafaso, Liviya, Suriya, Konqo və Kameron respublikalarının hər birində bir terror hadisəsi törədilib.     

http://iqna.ir/fa/news/3777962

Teqlər: iqna ، suriya ، terror ، misr ، darul-ifta
Ad:
E-poçt:
* Comment:
* captcha: