IQNA

Kərbəlada Qurani yaşam tərzi seminarı keçirildi

0:34 - January 06, 2019
Xəbər sayı: 3484477
İraqın Kərbəla şəhərinin Texniki Təlim Mərkəzində ölkənin ziyalıları, parlaq istedadları, müəllim və tələbələrinin iştirakı ilə "Qurani yaşam tərzi" mövzusunda "Quran və Həyat" adlı seminar keçirilib.

Kərbəlada Qurani yaşam tərzi seminarı keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərinin Texniki Təlim Mərkəzində ölkənin ziyalıları, parlaq istedadları, müəllim və tələbələrinin iştirakı ilə "Qurani yaşam tərzi" mövzusunda "Quran və Həyat" adlı seminar keçirilib.
Bu seminar Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin nəzdində fəaliyyət göstərən İslami və humanitar işlər idarəsinin Qurani-Kərim Mərkəzinin təşəbbüsü ilə İraqın ali təhsil mərkəzlərində Quran maarifinin təlimi layihəsinin icrası çərçivəsində keçirilib.
Seminarda müasir dövrün sosial problemləri, ailələrin üzləşdiyi təhlükələr, cavanların ailədə və cəmiyyətdəki problemləri, sosial şəbəkələrin cavanların tərbiyəsində mənfi təsiri və sair mövzularda danışılıb.
İraqın Quran elmləri araşdırmaçısı, İslam tarixi və mədəniyyəti doktorantı Şeyx Müncid Kəəbi seminarda çıxış edərək deyib: Sosial şəbəkələrin cavanlar üçün mənfi tərəfləri daha çoxdur. Sosial şəbəkələrdə cavanların vaxtları faydasız yerə və bihudə xərclənir. Cavanlar dəyərli vaxtlarını puç işlərə məşğul olmaqla korlayırlar.
O əlavə edib: Qurani-Kərim fərdi və ictimai yaşam tərzini tənzimləmək üçün gözəl proqramlar və həyat prinsipləri ortaya qoymuşdur.
İslam mədəniyyəti və dini prinsiplərin peyğəmbər (s) tərəfindən açıqlanması, İslamın o zamanın millətləri arasında sülhü genişləndirməsi, İslam mədəniyyətinin cəmiyyətlərdə necə oturuşdurulması və digər oxşar mövzular seminarda izah edilib.
Həftənin Cümə günü, 4 Dekabr 2019-cu il, Kərbəlada keçirilən seminarın sonunda tələbələrin sualları ustadlar tərəfindən cavablandırılıb.      
http://iqna.ir/fa/news/3778468

تبیین سبک زندگی قرآنی در سیمنار آکادمیک کربلا
 
تبیین سبک زندگی قرآنی در سیمنار آکادمیک کربلا
 
تبیین سبک زندگی قرآنی در سیمنار آکادمیک کربلا
 
تبیین سبک زندگی قرآنی در سیمنار آکادمیک کربلا
captcha