İsrail xüsusi təyinatlılarının Qəzzanın Xan Yunis məntəqəsinə soxularaq keçirdiyi əməliyyatla əlaqəli aparılan araşdırmar zamanı işğalçı İsrail rejiminə casusluq ittihamı ilə 45 nəfər saxlanılıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail xüsusi təyinatlılarının Qəzzanın Xan Yunis məntəqəsinə soxularaq keçirdiyi əməliyyatla əlaqəli aparılan araşdırmar zamanı işğalçı İsrail rejiminə casusluq ittihamı ilə 45 nəfər saxlanılıb.
HƏMAS hərəkatının nəzarəti altında olan Qəzza zolağının Daxili İşlər Nazirliyi çərşənbə axşamı yayımladığı məlumatda, ötən il noyabrın 11-də Qəzzada İsrail xüsusi təyinatlılarının əməliyyatları ilə bağlı onlara dəstək olan 45 "cəsus, xəbərçi və köməkçinin saxlanıldığını bəyan edilib.