IQNA

23:05 - January 14, 2019
Xəbər sayı: 3484524
Küveytin "əl-Mənabir əl-Quraniyyə" cəmiyyəti ölkə daxilində və xaricdə "Ummul-Kitab" adılı layihə başladıb ki, bu layihə əsasında müxtəlif ölkələrdə insanlara Həmd surəsinin düzgün oxunuşu öyrədilir.

Həmd surəsinin düzgün oxunuşu kampaniyasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin "əl-Mənabir əl-Quraniyyə" cəmiyyəti ölkə daxilində və xaricdə "Ummul-Kitab" (Fatihə surəsinin digər adı) adı layihə başladıb ki, bu layihə əsasında müxtəlif ölkələrdə insanlara "Fatihə" (Həmd) surəsinin düzgün oxunuşu öyrədilir.

Küveytin "əl-Mənabir əl-Quraniyyə" cəmiyyətinin idarə heyətinin rəis müavini Məhəmməd Şətti ölkə daxilində və xaricdə bu layihəyə 20 min nəfərin qoşulduğuna işarə edərək elan edib: Fatihə (Həmd) surəsinin təshihi (düzgün qiraəti) hədəfi ilə hazırlanan "Ummul-Kitab" layihəsi Küveytin məscidləri, bazarları, mədəni mərkəzləri və digər ictimai məkanlarında icra edilib. Bu layihə xalq tərəfindən kütləvi maraqla qarşılanıb.

O əlavə edib: Bu layihə artıq üçüncü ildir ki, ardıcıl olaraq icra edilir və biz istəyirik ki, bu layihəni genişləndirərək digər ölkələrdə də həyata keçirək.  

Məhəmməd Şətti deyib: Bu il (2018) "Ummul-Kitab" layihəsində ölkə daxilində 12 min nəfər və xarici ölkələrdən 8 min nəfər iştirak edib.

Küveytin "əl-Mənabir əl-Quraniyyə" cəmiyyətinin idarə heyətinin rəis müavini bu layihədə 800 qız və oğlan şagirdin də iştirak etdiyinə işarə edərək vurğulayıb: Fatihə surəsinin müsəlmanlar arasında düzgün oxunuşunu yaymaq məqsədi ilə "Ummul-Kitab" layihəsi əsasında Fatihə surəsinin düzgün oxunuşu, qısa izahı və tərcüməsi İngilis dilində də çap edilib.

http://iqna.ir/fa/news/3780994  

Teqlər: ummul-kitab ، həmd ، fatihə ، küveyt ، quran
Ad:
E-poçt:
* Comment:
* captcha: