IQNA

21:45 - January 25, 2019
Xəbər sayı: 3484578
Yəməndə 22 milyon nəfər aclıqla üz-üzədir. 17 milyon yəmənliyə təcili qida çatdırılmalıdır. Biz iki ildir ki, Ədən şəhərindəyik. İmkanımız çatan regionlara yardım edirik.

Türkiyə Yəmən kömək etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Türkiyə cümhuriyyətinin Qırmızı Aypara Cəmiyyəti Yəmənin bir çox regionlarında yaşayan müsəlmanlara humanitar yardım çatdırıb.

Türkiyə cümhuriyyətinin Qırmızı Aypara Cəmiyyətinin icracı katibi İbrahim Altan bu təşkilatının dünyanın 12 nöqtəsində, o cümlədən Banqladeşdən Bosniya və Hersoqovinədək şöbələrinin olduğunu, Arakan müsəlmanlarına yardım etdiklərini vurğulayaraq deyib: Yəmənin də bir çox regionlarına kömək etmək imkanımız var. Ölkədəki mühacirlərə və müsəlman ölkələrinə kömək etmək üçün xeyriyyəçilərin həmkarlığına ehtiyacımız vardır.   

Türkiyə cümhuriyyətinin Qırmızı Aypara Cəmiyyətinin icracı katibi İbrahim Altan Yəmən müsəlmanlarının acınaqcaqlı vəziyyətinə işarə edərək deyib: Yəməndə 22 milyon nəfər aclıqla üz-üzədir. 17 milyon yəmənliyə təcili qida çatdırılmalıdır. Biz iki ildir ki, Ədən şəhərindəyik. İmkanımız çatan regionlara yardım edirik.

O əlavə edib: Yəməndə humanitar yardımlara ciddi ehtiyac vardır. Əgər bu 22 milyonun hər birinə hər gün yarım dollar yardım etsək, gün ərzində 11 milyon dollar və hər ay ərzində 330 milyon dollar edir.

İbrahim Altan Türkiyə cümhuriyyətinin Qırmızı Aypara Cəmiyyətinin Yəməndə fəaliyyətləri davam edəcəyəni vurğulayaraq deyib: Yəmənin çox yerlərində milyonlarla insana yardım çatdırmışıq. Bəzən də döyüşlər regionlara getməyimizə mane olur. Belə zamanlarda da yerli həmkarların vasitəsi ilə yardımları yollayırıq.

http://iqna.ir/fa/news/3784188

 

Ad:
E-poçt:
* Comment:
* captcha: