IQNA

12:58 - January 26, 2019
Xəbər sayı: 3484584
Dünyanın 140 ölkəsində keçirilən bu gün hicabsız müsəlman xanımlar və qeyri-müsəlmanlar hicablı xanımları dərk və himayə hədəfi ilə bir günlük hicabdan istifadə edəcəklər.

Dünya hicab günü keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fevral ayının birində VII Dünya Hicab Günü keçiriləcək. Bu mərasimdə yüz minlərlə insanın iştirak edəcəyi gözlənilir.

Hər il Fevral ayının 1-də "Dünya Hicab Günü Təşkilatı" bütün dinlərin ardıcıllarını hicablı müsəlman xanımlara dəstək olamaq üçün hicab örtəməyə dəvət edir.

Dünyanın 140 ölkəsində keçirilən bu gün hicabsız müsəlman xanımlar və qeyri-müsəlmanlar hicablı xanımları dərk və himayə hədəfi ilə bir günlük hicabdan istifadə edəcəklər.

Təşkilatın sosial şəbəkə hesablarında yazılıb: Dünya Hicab Günü dünya əhalisinin bir-birinə qarşılıqlı hörmət bəsləməsi hədəfini güdür və sülh dünyası yaratmaq misyası dayışır. Bu gün irqçilik, ayrıseçkilik və müsəlmanlar əleyhinə mənfi düşüncə ilə mübarizə günüdür.

Fevral ayının birindək dünya qadınları sosial şəbəkələrdə #WorldHijabDay və #FreeHijab haştağı ilə hicablı şəkillərini paylaşaraq hicab barədə tərcübələrini yazacaqlar.

İlk dəfə Nyu-Yorklu Nəzmə Xan cəmiyyətə milyonlarla xanım üçün əhəmiyyətli olan hicab barədə məlumat vermək məqsədi ilə bu günü təsis etmişdir.

Xanım Nəzmə Xan dəfələrlə hicabına görə zorakılığa məruz qaldıqdan sonra 2013-cü ilin Fevral ayında bütün dinlərin ardıcıllarından hicabı dəstəkləmək üçün bir gün hicab geyinmələrini istəmişdi.      

http://iqna.ir/fa/news/3784327

Ad:
E-poçt:
* Comment:
* captcha: