IQNA

10:00 - January 28, 2019
Xəbər sayı: 3484594
Avstriyanın Vyana şəhərində yerləşən İmam Əli (ə) adına İslam Mərkəzi müqəddəs İslam dininin gözəl maafirini təqdim edən kliplər hazırlayaraq nəşr edib.

Avstriyada İslamla tanışlıq klipləri nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Avstriyanın Vyana şəhərində yerləşən İmam Əli (ə) adına İslam Mərkəzi müqəddəs İslam dininin gözəl maafirini təqdim edən kliplər hazırlayaraq nəşr edib.

Alman dilində hazırlanan hər bir kilpdə İslam dininin, Quranın və Əhli-Beytin (ə) göstərişlərinə uyğun olaraq sağlam dini həyat tərzi yaşamaq barədə bilgilər verilib.

Avstriyanın Vyana şəhərində yerləşən İmam Əli (ə) adına İslam Mərkəzinin bu barədə açıqlamasına əsasən, kilplər Qərb ölkələrində yaşayan bir müsəlman həyatını təsvir edir ki, həm müsəlmanlar və həm də qeyri-müsəlmanlar üçün "İslami davranış prinsipləri və əsasları"nı açıqlayır.

Kiliplərdə İslamda uşaqların, heyvanların hüquqları, halal qida məhsulları, İslamda yemək yemək qaydaları, necə bir müsəlman olmalıyam, şiə imamları, İslami idarəçilik, İslami qanunlarda qadağalar, hicab və sair məsələlər barədə danışılıb.

Bu kliplərdən bəzilərində kişi və qadın bərabərliyi, müsəlman qadının gələcəyi, müxalif cinslə fiziki ünsüyyətdə olmağın İslami çəçivəsi, ətarf mühitin mühafizəsi, təbiətin haqqı və dua və namaz kimi məsələlər də işıqlandırılıb.   

http://iqna.ir/fa/news/3785030  

Ad:
E-poçt:
* Comment:
* captcha: