İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Efiopiyadan işğal edilmiş Fələstin ərazilərinə yalançı vədələr ilə köçürülmüş Falaşa yəhudilərindən bir cavan İsrail rejimi polisi tərəfindən güllə ilə qətlə yetirilib.
Falaşa yəhudiləri Tel-Əvivdə polis tərəfindən güllə ilə vurulan cavanın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
Həftənin üçüncü günü, 30 Yanvar 2019-cu il, keçirilən bu aksiyada minlərlə insan iştirak edib. Onlar işğalçı rejimin polislərini Falaşa gəlmə yəhudiləri ilə pis davranışda gühanlandırıblar.
Etirazçılar polisin zorakılığı əleyhinə şüarlar səsləndiriblər. Tel-Əvivin ətrafında insan izdihamı yaranıb. Polis aksiyaya görə yolların çoxunu bağlayıb.
Qeyd edək ki, Sionistlər 1950-ci ildə indiyədək şirin vədələrlə aldadılmış və əslində yəhudi olmaları tam bəlli olmayan 90 min nəfər Falaşa tayfasını Efiopiyadan yəhudi adı ilə işağl edilmiş Fələstin torpaqlarına köçürüblər. İsrail rejimi həmin tayfaya qarşı digər yəhudilərlə nisbətdə ikibaşlı və ayrıseçkiliklə davranır. İsrail polisi 10 gün öncə Batyam şəhərində həmin tayfadan olan 24 yaşlı Yəhuda Yibadicanı güllələyərək öldürüb və aksiyalar da buna görə başlayıb.