IQNA

Türkiyənin humanitar yardımları Ruhingiyalı qaçqınlara çatdırılıb

0:09 - February 02, 2019
Xəbər sayı: 3484619
Türkiyə cümhuriyyətinin Humanitar Kömək Fondu (İHH) əhalinin və xeyriyyəçilərin topladığı maddi vəsaiti Banqladeşin qaçqın düşərgəsində yaşayan 30 min ruhingiyalı müsəlman qaçına paylayıb.

Türkiyənin humanitar yardımları Ruhingiyalı qaçqınlara çatdırılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin Humanitar Kömək Fondu (İHH) əhalinin və xeyriyyəçilərin topladığı maddi vəsaiti Banqladeşin qaçqın düşərgəsində yaşayan 30 min ruhingiyalı müsəlman qaçına paylayıb.

Türkiyə cümhuriyyətinin Humanitar Kömək Fondu (İHH) bildirib ki, Myanmadan hərbiçilərin və radikal buddistlərin zülmündən qaçaraq Banqladeşin Kakasbazar regionunda qaçqın düşərgəsində məskunlaşmış 30 min ruhingiyalı müsəlmana isti geyimlər, ədyallar və qida məhsulları çatdırılıb.

Mücahid Dəmir (Türkiyə cümhuriyyətinin Humanitar Kömək Fondunun məsullarından biri) deyib ki, havaların soyuması qaçqın sığanacaqlarında yaşayan insanların vəziyyətini ağırlaşdırıb. Biz əhalinin və xeyriyyəçilərin köməyi ilə yardımlarımızı davam etdirəcəyik.

Qeyd edək ki, Myanma qoşunları və radikal buddistlər ölkənin Raxin əyalətində yaşayan müsəlmanlara hücum edərək onları öz evlərindən didərgin salıblar. Bu hücumlarda minlərlə qadın, uşaq və qoca didərgin düşmüş, öldürülmüş və evləri yandırılmışdır. Radikal buddistlər və Myanma dövlətinin silahlıları 300 müsəlman kəndini tamamilə yandıraraq məhv edib. 1970-ci ildən başlayan bu zülmlər nəticəsində Raxində yaşayan 2 milyon müsəlmanın 84 faizi evindən didərgin düşüb.     

http://iqna.ir/fa/news/3786316

 

captcha