IQNA

Adamson Universitetində "hala qida" təqdimatı – Foto

9:11 - February 24, 2019
Xəbər sayı: 3484739
Xristian ilahiyyatı elm ocağı olan Adamson universitetində keçirilən "yeməyin beynəlxalq dadı" festivalında "İslami halal qida" dünyanın müxtəlif ölkələrindən olan festival iştirakçılarına tanıdılıb.  

Adamson Universitetində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, xristian ilahiyyatı elm ocağı olan Adamson universitetində keçirilən "yeməyin beynəlxalq dadı" festivalında "İslami halal qida" festival iştirakçılarına tanıdılıb.  

Filippinin paytaxtı Manilin Adamson universitetində keçirilən beynəlxalq festivalda İran İslam Respublikası, Tayvan, Banqladeş və İndoneziyanın Mədəniyyət Əlaqələri İdarəsinin işçiləri də iştirak ediblər.

Festivalda İran, Tayvan, Banqladeş, İndoneziya, Rusiya, Nigeriya, Yaponiya və Rusiya xalqlarının nümayəndələri öz milli yeməkləri ilə iştirak ediblər.

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi festivalda "İran Restoranı" proqramını icra ediblər. Proqramda İranın ənənəvi milli yeməkləri və habelə İslami halal yeməklərin növləri və hazırlanması barədə iştirakçılara məlumat verilib.

Yeddi yüz nəfərin iştirak etdiyi mərasimdə İran İslam Respublikası Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Məhəmməc Cəfəriməlik çıxış edərək deyib: İslami ölkələrdə qida məhsulları standart hala qida əlaməti ilə istehsal edilir. Bu əlamət təbliğat və ya ticarət əlaməti deyil, qidanın sağlam və pak olması mənasını daşıyır. Müasir dövrün araşdırmaçıları da təsdiq ediblər ki, halal qidalar daha sağlam və daha dadlıdır.

http://iqna.ir/fa/news/3792462

 

captcha