IQNA

Həzrət Zəhra (s) aşiqləri Malaziyada toplandılar

17:12 - February 25, 2019
Xəbər sayı: 3484748
Həzrət Zəhranın (s) mübarək mövludu və qadınlar bayramı günü münasibəti ilə Malaziyada yaşayan Əhli-Beyt aşiqləri bayram mərasimi keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Həzrət Zəhranın (s) mübarək mövludu və qadınlar bayramı günü münasibəti ilə Malaziyada yaşayan Əhli-Beyt aşiqləri bayram mərasimi keçiriblər.

Malaziyada yaşayan müsəlmanlar, şiə və sünnilər, ölkənin Kualalampur, Cuhur, Silangur və digər şəhərlərində hər iki dünyada xanımların ən üstünü Həzrət Zəhranın (s) bərəkətli və nurlu mövludunu qeyd ediblər.

Keçən həftənin Şənbə günü (23 Fevral 2019) paytaxt Kualalampurda mərasim zallarından birində 400 nəfər malaziyalı, indoneziyalı, pakistanlı, əfqanıstanlı və digər millətlərdən olan Əhli-Beyt aşiləri bir yerə toplaşaraq Həzrət Fatimənin (ə) mövludu günlərində şadyanalıq ediblər. Mərasimdə xütbə deyilin, şer və nəğmələr oxunub.  

Cuhur şəhərində şiə və əhli-sünnə qardaşlarının iştirakı ilə "Peyğəmbərin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s) həyatı və şəxsiyyəti ilə tanışlıq" toplantısı keçirilib.

Kualalampur müsəlmanların iştirakı ilə keçiriləcək digər bayram mərasimində isə Şərifə Fatimə Zəhra Ətas adlı sosial və mədəni fəal Xanım Zəhra (s) barədə çıxış edəcəkdir.  

http://iqna.ir/fa/news/3793275

captcha