IQNA

İraqda qəlbinurlara Quran öyrədən ustadların təkmilləşdirmə kursu

0:44 - February 26, 2019
Xəbər sayı: 3484755
Qəlbinurlara tədirs edən Quran ustadlarının ixtisaslaşdırılmış təlim bacarığının yüksəldilməsi kursları Küveyt və İran İslam Respublikasının peşəkar ustadları tərəfindən keçirilir.

İraqda qəlbinurlara Quran öyrədən ustadların təkmilləşdirmə kursuİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda qəlbinurlara (görmə qüsuru olanlara) Quran tədris edən ustad və müəllimələr üçün təkmilləşdirmə kursu təşkil edilib.

Qəlbinurlara tədirs edən Quran ustadlarının ixtisaslaşdırılmış təlim bacarığının yüksəldilməsi kursları Küveyt və İran İslam Respublikasının peşəkar ustadları tərəfindən keçirilir.

Bu kurslar həftənin Bazar günü (24 Fevral 2019) İmam Əlinin (ə) müqəddəs hərəminin "xanımların dini və mədəni işləri şöbəsi"in Darul-Quran idarəsinin təşəbbüsü və Küveytin "Həbib ibn Məzahir Əsədi" adına Quran mərkəzinin həmkarlığı ilə İmam Həsən Müctəba (ə) adına zəvvar şəhərciyində başlayıb və bir həftə davam edəcəkdir.

دوره مهارت‌بخشی به بانوان مربی آموزش قرآن به روشندلان در عراق

İmam Əlinin (ə) müqəddəs hərəminin "xanımların dini və mədəni işləri şöbəsi"in Darul-Quran idarəsinin məsulu Mərziyyə Heydərqulam bildirib ki, kurslarda Bağdad, Səmavə, Kut və digər şəhərlərdən olan Quran ustadları iştirak edirlər.

Kurslarda müəllimlərə uşaqların Quran öyrənməyə həvəsini artırmağın yolları, uşaqların Qurani əxlaqlarının çiçəkləndirilməsi və qəlbinurlara Quranı daha asan və səmərəli metodlarla öyrətməyin yolları tədris edilir.  

http://iqna.ir/fa/news/3793078  

Teqlər: iqna ، qəlbinur ، İraq ، quran dərsləri
captcha