IQNA

İƏT: 2018-də islamofobiya pik həddinə çatıb

23:20 - March 01, 2019
Xəbər sayı: 3484774
İƏT (İslami Əməkdaşlıq Təşkilatı)  yeni hesabat yayaraq elan etdi: 2018-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik, zorakılıq və İslamofobiya özünün ən pik həddinə çatmışdır.

İƏT: 2018-də islamofobiya pik nöqtəsinə çatıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İƏT (İslami Əməkdaşlıq Təşkilatı)  elan etdi: 2018-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik, zorakılıq və İslamofobiya özünün ən pik həddinə çatmışdır.

İƏT-nın (İslami Əməkdaşlıq Təşkilatı) İnsan Haqları Gözətçisi illik 12-ci hesabatında yazdı: Bəzi dövlətlərin radikal siyasi şəxsiyyətləri və ya partiyalarının İslama olan fobiyası həmin dövlətlərin siyasətinin ayrılmaz hissəsinə çevirilmişdir. Həmin dövlətlərin radikalizmə qeyri-məntiqi yanaşması və reaksiyası cəmiyyətdə İslamofobiyanı formalaşdırır.  

İƏT-nın 2018-ci ilin May ayından 2019-cu ilin Fevral ayınadək hazırladığı hesabatda deyilir: 2017-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik nisbətən azalsa da, 2018-ci ildə yenidən İslamofob dalğaları çoxaldı. Müsəlmanlar əleyhinə irqçilik və dini zəmində hücumlar nigaranedirici dərəcədədir. ABŞ-da və Avropa ölkələrində məscidlərə və İslami mərkəzlərə edilən hücumların sayı çoxalıb.

Yusif ibn Əhməd Əsimeyn (İƏT-nın Baş Katibi) İslami Əməkdaşlıq Təşkilatının 46-cı iclası üçün hazırladığı hesabatın əvvəlində yazıb: Bu təşkilat çalışır ki, dünyanı islamofobiya və müsəlmanlar əleyhinə zorakı siyasətlər barədə xəbərdar etsin.  

http://iqna.ir/fa/news/3794153  

Teqlər: iqna ، islamofobiya ، iət
captcha