IQNA

Ben Ladenin oğluna tapana 1 milyon dollar mükafat veriləcək

8:30 - March 02, 2019
Xəbər sayı: 3484776
Amerika təhlükəsizlik nazirliyi Ben Ladenin oğlu Həmzə Ben Ladenin hər hansısa bir ölkədə gizləndiyi yer barədə dəqiq məlumat verənlərə bir milyon dollar mükafat verəcəyini elan edib.

Ben Ladenin oğluna tapana 1 milyon dollar mükafat veriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ Ben Ladenin oğlunun hər hansısa bir ölkədə gizləndiyi yer barədə dəqiq məlumat verənlərə bir milyon dollar mükafat verəcəyini elan edib.

əl-Qaidə terror təşkilatının keçmiş rəhbəri Üsamə Ben Ladenin oğlu Həmzə Ben Ladenin gizləndiyi yer barədə müxtəlif şayiələr gəzir. Onun Suriya, Pakistan və ya Əfqanıstanda olduğu barədə müxtəlif məlumatlar yayılıb.

Həmzə Ben Ladenin oğlunun 30 yaşı var. O elan edib ki, 2011-ci ildə ABŞ tərəfindən öldürülən atasının intiqamını Amerikadan alacaqdır.

Ben Ladenin 3 arvadı və övladları mediaya sızdırılmadan Səudiyyə Ərəbistanına aparılıblar və orada yaşayırlar. Həmzənin ögey qardaşlarından birinin dediyinə görə, o Əfqanıstandadır.

Amerika casusluq servislərinin fikrincə Həmzə Ben Laden atasından sonra əl-Qaidənin başçısı hesab edilir. İŞİD zəifləyəndən sonra isə Amerikanın maraqları üçün birinci dərəcəli təhid sayılır.

http://iqna.ir/fa/news/3794300

captcha