İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ASEAN və "Pacific Ocean" ölkələrinin XI Qurani-Kərimin və Peyğəmbər Hədislərinin hifzi yarışları Mart ayının 11-də başyalayacaq.
Asiyanın Cənub-Şərqi Ölkələri Birliyi (ASEAN) və Sakit Okean ölkələri arasında Mart ayının 11-dən 15-dək keçiriləcək bu beynəlxalq yarışa İndoneziya evsahibliyi edəcək.
Quran və Hədis hifzi ixtisasi üzrə təşkil edilmiş bu yarışlar İndoneziya prezidentinin şəxsi dəstəyi və Səudiyyə Ərəbistanın "Sultan bin Əbdüləziz" xeyriyyə müəssisəsinin həmkarlığı ilə keçirilir.
Asiyanın Cənub-Şərqi Ölkələri Birliyi (ASEAN) və Sakit Okean ölkələri arasında keçirilən XI Quran və Hədis Hifzi Yarışlarının qaliblərinə müxtəlif mükafatlar veriləcək, hər ixtisas üzrə birinci yerin qalibləri Həcc səfərinə göndəriləcəklər.
Qeyd edək ki, ASEAN ölkələri birliyi 1967-ci ilin Avqust ayının 8-də "Vahid baxış, vahid kimlik və vahid cəmiyyət" devizi ilə yaradıldı. Tayland, İndoneziya, Malaziya, Sinqapur, Filippin, Brunoi, Vyetnam, Laus, Myanma və Kambuc bu birliyə üzv ölkələrdir.